Güləş üzrə dünya çempionatının ilk günündə 6 medal

post-img

“Sərhədçi” İdman Mərkəzində hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatına Azərbaycan komandası uğurla start verib.

Yığmamızın üzvləri yarışın ilk günündə 4 qı­zıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. Belə ki, sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qalib adına layiq görülüblər. Qadın güləşçilərimiz Elnurə Məmmə­dova (50 kq) 2-ci, Nərgiz Səmədova (55 kq) 3-cü yerləri tutublar. 

Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində dünən start götürən yarış dekabrın 3-də başa çatacaq. Azərbaycan bu nüfuzlu turnirdə 26 güləşçi ilə təmsil olunur.

Leyla SABİRQIZI 
XQ

İdman