Azərbaycan Kubokunda 2023-2024-cü illər mövsümü start götürür

post-img

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023-2024-cü illər mövsümünə start veriləcək. XQ Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk gündə I təsnifat mərhələsinin 3 oyunu keçiriləcək.

Cütlərin qalibləri II təsnifat mərhələsinə yüksələcəklər.

Mərhələnin digər matçları noyabrın 19-20-də keçiriləcək.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

18 noyabr (şənbə)

13:00. “Füzuli” – “Lerik”

Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

“ASK Arena”

13:00. “Qusar” – “Şahdağ Qusar”

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

“Kapital Bank Arena” (ehtiyat meydan)

14:30. “Göygöl” – “Dinamo”

Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov.

Hakim-inspektor: Gülağa Cabarov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Göygöl Olimpiya İdman Kompleksinin stadionu

 

Elçin ABBASOV

XQ

İdman