"Neftçi" bu gün "Zenit"lə qarşılaşacaq

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan “Neftçi” klubu bu gün yoldaşlıq oyunu keçirəcək. XQ klubun mətbuat xidmətinə istinadən bildirir ki, Adrian Mutunun baş məşqçisi olduğu kollektiv Rusiyanın “Zenit” komandası ilə üz-üzə gələcək.

“Neftçi Arena”da oynanılacaq matç saat 21:00-da start götürəcək. Hər iki klubun milli komandalara qoşulan oyunçuları bugünkü qarşılaşmada iştirak etməyəcəklər.

Onu da əlavə edək ki, "Neftçi" bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.

 

Elçin ABBASOV

XQ

İdman