Dünya çempionatının VI turu millimiz üçün uğursuz olub

post-img

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında VI turun oyunları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından XQ-yə bildirilib ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Yunanıstana uduzub – 1,5-2,5. Bu tur Teymur Rəcəbov məğlub olub, Şəhriyar Məmmədyarov, Nicat Abasov və Vasif Durarbəyli heç-heçə oynayıb. 

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi isə Bolqarıstanla mübarizədə xalsız qalıb – 1,5-2,5. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurub. Ülviyyə Fətəliyeva isə məğlub olub. 

Bu gün keçiriləcək VII turda kişilərdən ibarət Azərbaycan komandası Moldova, qadın şahmatçılar isə İngiltərəylə mübarizə aparacaq.

 

Elçin ABBASOV

XQ

İdman