Azərbaycanlı gimnast tarixdə ilk dəfə dünya çempionu olub

post-img

Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Federasiyadan verilən məlumata görə, idmançı Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.

Qeyd edək ki, daha əvvəl Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.

İdman