Braziliyada Neymarın yeni doğulan qızını qaçırmağa cəhd ediblər

post-img

Kotia şəhərində (Braziliyanın San-Paulu ştatı) soyğunçular Səudiyyə Ərəbistanından olan "Əl-Hilal" və Braziliya millisinin futbolçusu Neymarın qızını və yeni doğulmuş qızını qaçırmağa cəhd ediblər. Bu barədə O Globo məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 7-də yerli vaxtla gecə saat üç radələrində üç nəfər hücumçu futbolçunun sevgilisinin anasının evinə soxulub, onun ağzını bağlayıb, həmçinin ona və ərinə silah tuşlayıb.

Hadisəni törədənlərdən biri 19 yaşlı həmin ərazidə yaşayan sakin olub və o, iki şərikini kondominium sahəsinə (Kondominium -müştərək icarə, tək bir əmlaka, əksər hallarda bir evə, həm də digər daşınmaz əmlaka sahiblik növüdür. Bu anlayışı bir sıra ölkələrdə geniş yayılıb-red.) buraxıb. Daha sonra o, saxlanılıb. Soyğunçular ümumi dəyəri təxminən 120 min dollar olan zinət əşyaları, dizayner çantaları və saatlar götürüb, həmçinin Neymarın sevgilisi Bruna Biankardinin və onların yeni doğulmuş qızının harada olduğunu soruşublar.

Neymar və Biankardi İnstaqram səhifələrində bildiriblər ki, onlar və qızlar hadisədən zərər çəkməyiblər və hər şey yaxşıdır.

Braziliyalı forvard 2023-cü ilin yayında 90 milyon avroya Fransanın "Paris Sen-Jermen"indən "Əl-Hilal"a keçib. Bundan əvvəl o, İspaniyanın "Barselona"sında çıxış edib.

XQ

 

 

 

İdman