"Zirə" liderliyini qoruyub

post-img

Həftəsonu Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

XQ Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, son matçda paytaxtın "Zirə" və "Sabah" klubları üz-üzə gəliblər. Derbinin taleyini bir qol həll edib. Belə ki, "Zirə"nin heyətində Rüstəm Əhmədzadənin 90+1-ci dəqiqədə vurduğu qol qonaqların qələbəsini təmin edib.

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Rəşad Sadıqovun yetirmələri turnir cədvəlində liderliyi qoruyublar. "Sabah" isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Elçin ABBASOV
XQ

İdman