Dünya çempionatında 17 medal

post-img

İdmançılarımız universal döyüşün güləş versiyası üzrə dünya çempionatında böyük uğur qazanıblar. 

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və 35 ölkədən idmançıların mübarizə apardığı yarışda Azərbaycanı 28 atlet təmsil edib. Yeniyetmələrdən ibarət komandamız turnirdə 1 qızıl, 3 gümüş, 2 bü­rünc medal qazanıb. Gənclər yığması 2 qızıl, 1 gü­müş, 2 bürünc, böyüklərin komandası isə 1 qızıl, 2 gümüş, 3 bürünc mükafata layiq görülüblər. 

Leyla SABİRQIZI 
XQ

İdman