Komandamız yarımfinalda

post-img

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında uğurlu çıxışını davam etdirir. 

Yığmamız dörddəbir finalda Bolqarıstan kollektivi ilə üz-üzə gəlib. Millimiz bu mərhələdə də inamla çıxış edərək rəqib üzərində 3:1 hesablı qələbə qazanıb. 

Yığmamızın qollarını Vüsal İsayev, Rəvan Kərimov, Mirmehdi Rzayev vurub. Bununla da, Azərbaycan millisi yarımfinala yüksəlib.

Azərbaycan komandası ilk görüşlərdə İraq (2:0), Misir (4:1), Küveyt (3:1) yığmalarına, səkkiz­dəbir finalda isə Portuqaliyaya (3:0) ilə qalib gəlib. 

Millimiz yarımfinalda Qazaxıstanla qarşılaşa­caq. Həmin görüş noyabrın 3-də keçiriləcək. 

Leyla SABİRQIZI 
XQ

İdman