Güləşçimiz dünya ikincisi olub

post-img

23 yaşadək güləşçilər arasında dünya birin­ciliyində qadın güləşçilərimiz uğurla çıxış edib­lər. 

Albaniyanın pay­taxtı Tiranada keçi­rilən yarışda koman­damızın üzvlərindən Jalə Əliyeva (57 kq) ilk mərhələdə hin­distanlı Rina Rinaya, 1/4 finalda isə rusi­yalı Mariya Buza­rovaya qalib gəlib. J.Əliyeva yarımfi­nalda kanadalı Mia Frizeni mübarizədən kənarlaşdırıb. İd­mançımız finalda yaponiyalı Sara Natamiyə uduza­raq gümüş medalla kifayətlənib. 

Digər güləşçimiz Elnurə Məmmədova (50 kq) 1/8 finalda kanadalı Kelin Yanqa, 1/4 finalda isə ru­siyalı Mariya Tyumerekovaya qalib gələrək yarımfi­nala yüksəlib. E.Məmmədova finalın bir addımlığın­da amerikalı Audri Ximenesə uduzub. İdmançımız 3-cü yer uğrunda hindistanlı Nilam Nilama qalib gələrək bürünc medal qazanıb. 

Leyla SABİRQIZI
XQ

İdman