Karateçimiz üçqat dünya çempionu oldu

post-img

Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğurla çıxış edib.

Finala qədər rəqib tanımayan id­mançımız həlledici mərhələdə İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibini 4:3 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi üçqat dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə təşkil edilən dünya çempionatlarının qalibi olub.

XQ

İdman