Stolüstü tennisçilərimiz Riqada 2 mükafat qazanıblar

post-img

Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council’s Youth Cup” turnirində Azərbay­canın stolüstü tennisçiləri 2 medala sahib olub­lar. 

Yığmanın aktivinə gümüş medalı 13 yaşadək idmançılar arasında yarışan Tunar Bağırov yazdı­rıb. Xədicə Eylazova isə həmin yaş kateqoriyasın­da bürünc mükafata layiq görülüb.

Leyla SABİRQIZI
XQ

İdman