Açıq Avropa birinciliyində 5 medal

post-img

Taekvondoçu­larımız Serbiyanın paytaxtı Belqrad­da keçirilən açıq Avropa birincili­yində uğurla çıxış ediblər. 

Uşaqlar arasın­da keçirilən turnir­də komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal qa­zanıb. A kateqori­yasında Mehman Qənbərli (27 kq) çempion adına layiq görülüb. O, qızıl medal uğrunda Omari Lapa­çini (Gürcüstan) məğlub edib. Finalda yenilən Ülvi Məmmədov gümüş medal alıb. Bürünc medalları isə komandamızın aktivinə Harun Hüseynov (36 kq), Zaur Hüseynov (36 kq) və Nadir Paşayev (21 kq, B kateqoriyası) yazdırıblar.

Leyla SABİRQIZI 
XQ

İdman