“Qəbələ” UEFA Gənclər Liqasında növbəti mərhələyə çıxıb

post-img

UEFA Gənclər Liqasında “Qəbələ”nin U-19 komandası növbəti oyununu keçirib.

I mərhələnin cavab matçında “qırmızı-qa­ralar” Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub. Təmsilçimiz görüşü 1:0 hesablı qələbə ilə başa vurub. Oyunda 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.

Qeydə edək ki, ko­mandalar arasında ilk oyunda 1:1 hesabı qeydə alınmışdı. 

Bununla da “Qəbələ” iki oyunun nəticəsinə görə, növbəti mərhələyə çıxıb. Komanda bu raund­da “Leççe” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) cü­tünün qalibi ilə mübarizə aparacaq. 

Leyla SABİRQIZI 
XQ

İdman