“Sabah” növbəti görüşdə də məğlub olub

post-img

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Azərbaycan çempionu D qrupunda Türkiyənin “Bağçaşəhər” komandası ilə görüşüb. “Sərhədçi” İdman Mərkəzində baş tutan oyunda Türkiyə təm­silçisi 83:65 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, “Sabah” ilk görüşündə Monte­neqroda “Mornar”a 75:80 hesabı ilə məğlub olub.

Leyla SABİRQIZI 
XQ

İdman