Savat üzrə Azərbaycan millisi Avstriyanın Vayts şəhərində keçirilən dünya kubokunda uğurla çıxış edib.
Komandamızın üzvlərindən uşaqlar arasında Ağamirzə Mahmudbəyli (30 kq), gənc savatçıların yarışında isə Ələkbər Xanməmmədov (56 kq) ən yüksək nəticə əldə edərək qızıl medalın sahibi olublar.
Gənclərin yarışında Yasin İbrahimov (52 kq), Məhəmməd Süleymanov (+75 kq) 2-ci, böyüklərin mübarizəsində Beyrək Bağırov (80 kq) 3-cü yerləri tutublar.
Leyla SABİRQIZI
XQ