Həndbolçularımız bu dəfə də məğlub olublar

post-img

2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirən qadın həndbolçulardan ibarət Azərbaycan millisi bu dəfə uduzub. 

Bakı İdman Sarayında yığmamızın qonağı olan İspaniya komandası qarşılaşmada 38:18 hesablı qələbə qazanıb. 

Xatırladaq ki, Azərbaycan millisi birinci sınağın­da səfərdə Şimali Makedoniya ilə keçirdiyi matçda 17:49 hesabı ilə məğlub olmuşdu. İspaniya isə Lit­va üzərində 47:14 hesabı ilə qalib gəlmişdi. 

Leyla SABİRQIZI
XQ

İdman