Triatlonçularımız Rusiyada birinci oldular

post-img

Triatlon millimizin üzvləri Toğrul Məmmədli və Kseniya Voronina Rusiyada IRONSTAR SPRINT SOCHI SIRIUS-2023 yarışında birinci yeri tutublar. Azərbaycan Triatlon Federasiyasından XQ-yə daxil olan məlumata görə,  triatlonçumuz Toğrul Məmmədli 16-24 yaş qrupları arasında 1-ci, kişilər arasında mütləq kateqoriyada isə 9-cu pillədə qərarlaşıb. 

Milli komandanın idmançısı Kseniya Voronina 16-24 yaş kateqoriyasında 1-ci olub. Triatlonçumuz qadınlar arasında mütləq kateqoriyada isə 3-cü yerə çıxıb.

Elçin ABBASOV

XQ

İdman