"Qarabağ" səfərdən qələbə ilə dönür

post-img

Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının II turu çərçivəsində İsveçdə Höteburq şəhərinin "Hekken” komandasının qonağı olub.

"Ullevi" stadionunda keçirilən qarşılaşma "Köhlən atlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 70-ci dəqiqədə Yassin Benzianın ötürməsindən sonra Juninyo Olavio vurub. Bununla da, ilk turda Bakıda "Molde"ni 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu xallarının sayını 6-ya çatdırıb.

Qeyd edək ki, Ağdam təmsilçisinin yer aldığı "H" qrupunun digər görüşündə Almaniyanın "Bayer 04" komandası Norveçdə "Molde" üzərində  2:0 hesablı qələbə qazanıb. Qrupda "Qarabağ"la eyni xala malik "Bunfesliqa" klubu qolların nisbətində Ağdam təmsilçisini üstələyir və liderliyini davam etdirir. "Molde" və "Hekken"in isə xalı yoxdur.

 

Elçin ABBASOV

XQ

İdman