Dünya birinciliyində iştirak edəcək sambo komandamızın heyəti açıqlanıb

post-img

Oktyabrın 6-dan 9-dək Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək dünya birinciliyində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb. 

Azərbaycan Sambo Federasiyasından XQ-yə bildiriblər ki, yeniyetmələrin yarışında Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq), Hacbaba İmaməliyev (+98 kq) gücünü sınayacaq. Gənclər  arasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Nadirov Ricad (71 kq), Şıxıyev Səməd (79 kq), Zeynallı Sadiq (88 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) dünya birinciliyinin medallarını qazanmağa çalışacaqlar. 

Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyi altında  ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, yarışda iştirak edəcək yeniyetmələr və gənclərdən ibarət heyət hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. 

Elçin ABBASOV
XQ

İdman