Bu gün Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək

post-img

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək. “XQ”  qrumun saytına istinadən xəbər verir ki, ilk olaraq E, F, G və H qruplarında I turun qarşılaşmaları baş tutacaq.

Belə ki, günün ən çox maraqla gözlənilən oyunu Fransada keçiriləcək. PSJ doğmameydanda Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edəcək.

Son çempion "Mançester Siti” isə  İngiltərədə Serbiyanın "Srvena Zvezda" komandasını sınağa çəkəcək.
Çempionlar Liqasında qrupları təqdim edirik:

Qrup mərhələsi
I tur
E qrupu
23:00. “Feyenoord” (Niderland) – “Seltik” (Şotlandiya)
23:00. “Latsio” (İtaliya) – “Atletiko” (İspaniya)
F qrupu
20:45. “Milan” (İtaliya) – “Nyukasl” (İngiltərə)
23:00. PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)
G qrupu
20:45. “Yanq Boyz” (İsveçrə) – “Leyptsiq” (Almaniya)
23:00. “Mançester Siti” (İngiltərə) – “Srvena Zvezda” (Serbiya)
H qrupu
23:00. “Barselona” (İspaniya) – “Antverpen” (Belçika)
23:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Portu” (Portuqaliya)

Qeyd edək ki, A, B, C və D qrupunun oyunları sentyabrın 20-də baş tutacaq.

Elçin ABBASOV,
XQ

İdman