“Sabah”ın Serbiyada ilk qələbəsi

post-img

Serbiyada təlim-məşq toplanışında olan “Sabah” basketbol klubu yoldaşlıq görüşləri çərçivəsində ilk qələbəsini qazanıb.

Belqradda baş tutan matçda Azərbaycan çempionu yerli “OKK Belqrad”a 97:84 hesabla qalib gəlib.

Qeyd edək ki, ilk iki yoxlama oyununda “Sabah” Serbiya klubları “Vrsac”a 57:62, “Radniçki”yə isə 81:82 hesabı ilə məğlub olub. 

Leyla SABİRQIZI
XQ

İdman