Avarçəkmə üzrə Azərbaycan çempionatı

post-img

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir. 

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan çempionat­da Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə apa­rır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışır. 

Azərbaycan çempionatı bu gün başa çatacaq. Qaliblər medal və diplomla mükafatlandırılmaqla yana­şı, fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçe­vir Reqatasında mübarizə aparmaq şansı qazanacaq. 

Leyla SABİRQIZI
XQ

İdman