“Zəngəzur” pley-offa yüksəlib

post-img

“Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa kubokunda növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi yer aldığı A qrupunda üçüncü matçında Çexiya­nın “Veşka Olomuç”u ilə qarşılaşıb. Oyunda hesabı çexiyalılar açsalar da, Azərbaycan komandası bərabər­lik qolunu vurub. Qarşılaşma 1:1 he­sabı ilə başa çatıb. Qrup mərhələsini 2-ci yerdə tamamlayan “Zəngəzur” pley-offa yüksəlib. 

Xatırladaq ki, “Zəngəzur” qrupun ilk iki turunda “Qalaktiko Vratsa”nı (Bolqarıstan) 2:0 hesabı ilə məğlub edib, Yunanıstan təmsilçisi TMT ilə 3:3 hesablı heç-heçə edib. 

Leyla SABİRQIZI
XQ

İdman