Sarıkök–təbii ağrıkəsici

post-img

Baş ağrıları bir çoxumuzun davamlı problemidir. Çətin həyat şəraiti, fiziki yorğunluq və stress kimi amillər buna səbəb olur. Əgər baş ağrıları kəsmirsə, bu, ciddi sağlamlıq problemidir. Ağrılar təkrar olunanda, həkimə müraciət etmək vacibdir.

Mütəxəssislərin fikrincə, yüngül baş ağrıları zamanı dərmanlardan istifadə əvə­zinə, təbii vasitələrə müraciət edilməlidir. 

Həkimlər sarıkökün baş ağrısına faydalı olduğunu bildirirlər. Qeyd edirlər ki, sarıkök təbii ağrıkəsicidir. Bədəndəki bir çox ağrıları, xüsusilə miqren ağrılarını aradan qaldırır. 

Bunun üçün bir stəkan ilıq südə yarım çay qaşığı sarıkök əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Sa­rıköklü südü yavaş-yavaş içmək məsləhətdir. Təx­minən, 10–15 dəqiqədən sonra baş ağrıları tədricən azalır və tamamilə dayanır.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat