Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib.
"XQ" Azərbaycan Həndbol Federasiyasına istinadən xəbır verir ki, kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.
2023-2024-cü illər mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək. Qadınlarda 6 (“Azəryol”, “Bakı”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Kür”, “Qarabağ”), kişilərdə isə 7 (“Azəryol”, “Bakı”, “Dinamo”, “İdman Akademiyası”, “Kür”, “Təhsil”, “Qarabağ”) komanda mübarizə aparacaq.
Qadınlar arasında I turun oyunları noyabrın 11-də start götürəcək. Həmin gün saat 13:00-da “Azəryol” “Gənclər Birliyi” ilə, 17:00-da isə "Kür” “Qarabağ”la üz-üzə gələcək. Noyabrın 12 -də isə saat 13:00-da “Bakı” “İdman Akademiyası” ilə qarşılaşacaq.
Kişilərin çempionatında isə noyabrın 11-də
“Kür” “Təhsil” komandası ilə qarşılaşacaq. Həmin görüş saat 15:00-da başlayacaq.
Noyabrın 12-si isə 11:00-da “İdman Akademiyası” “Dinamo” ilə qarşılaşacaq. Həmin gün saat 15:00-da “Azəryol” “Qarabağ”ı qəbul edəcək.
Qeyd edək ki, ölkə çempionatının oyunları “AHF Arena”da keçiriləcək.
Elçin ABBASOV
XQ