Premyer Liqada növbəti tur cümə günü start götürəcək

post-img

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti VI turu sentyabrın 15-də start götürəcək. "XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, cümə günü turun ilk matçında "Zirə" klubu doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Matç saat 17:00-da Zirə İdman kompleksində keçiriləcək.

Turun digər qarşılaşması sentyabrın 16-d Gəncə şəhər stadionunda baş tutacaq. Oyun saat 16:00-da başlayacaq. "Kəpəz" klubu "Səbail"i sınağa çəkəcək. 

Həmin gün saat 18:00-da "Araz-Naxçıvan" "Dalğa Arena"da "Neftçi"i ilə üz-üzə gələcək.

Tura sentyabrın 17 də keçiriləcək "Turan Tovuz"-"Qəbələ", "Qarabağ"-"Sabah" matçları ilə yekun vurulacaq. 

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Turan Tovuz"-"Qəbələ" matçı saat 16:30-da start götürəcək. "Qarbağ"-"Sabah" matçı isə saat 19:30-da baş tutacaq.

Elçin ABBASOV
XQ

İdman