Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
"XQ" AFFA-nın rəsmi saytına istinadən bildirir ki, o, Fransada "Renn" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək Avropa Liqasının I turunun oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 21-də Renn şəhərində baş tutacaq.
Elçin ABBASOV,
XQ

