Azərbaycan cüdoçuları Niderlandın Haaqa şəhərində gənclər arasında keçirilən Avropa çempionatına uğurla start veriblər.
Yarışın ilk günündə milli komandamızın 7 üzvü medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında Nizami İmranov (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Aydın Rzayev (66 kq) gümüş, Aydan Vəliyeva (52 kq) bürünc medala sahib olublar.
Leyla SABİRQIZI
XQ