"Birbaşa Bakı" səkkizdəbir finala adlayıb

post-img

Minifutbol üzrə "Birbaşa Bakı" komandası bu gün Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında üçüncü oyununa çıxıb.

"XQ" UEFA-nın rəsmi məlumatına istinadən bildirir ki, Albaniyanın "Prestij" kollektivi ilə qarşılaşan "Birbaşa Bakı" komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, komanda daha əvvəl Moldovanın "Volta" klubuna 4:1, Yunanıstan çempionu “Maqufana”ya 3:1 hesabı ilə qalib gəlib.

Beləliklə, xallarının sayını 9-a çatdıran "Birbaşa Bakı" qrup lideri kimi səkkizdəbir finala vəsiqə qazanıb. Bu raundun görüşləri sabah olacaq.

Elçin ABBASOV,
XQ

İdman