Triatlon üzrə Azərbaycan Çempionatına yekun vurulub

post-img

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin təşkilatçılığı, “Smartscoring”in dəstəyi, “ALUFAR”ın baş sponsorluğu və “ECO Product”un sponsorluğu ilə Triatlon üzrə Azərbaycan Çempionatı başa çatdı. 
“XQ” Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yarışa həm fərdi, həm də komanda şəklində qoşulmaq mümkün idi. Mingəçevir şəhərində keçirilən yarışda ümümilikdə 100 idmançı gücünü sınadı. 
İştirakçılar əvvəlcə 1500 metr Kür çayında üzdülər, sonra Mingəçevir şəhəri küçələrində 40 km velosiped sürüb, 10 km qaçdılar. İlk dəfə Trialton yarışına ev sahibliyi edən Mingəçevirdə turnirə maraq böyük idi. 
Sonda qaliblərə medal, diplom, baş sponsor “ALUFAR” tərəfindən pul mükafatı və sponsor ECO Productdan hədiyyələr verildi. Mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və digər rəsmi şəxslər təqdim etdilər.

Yarışın qalibləri:
Gənc/U23/Elit (18+)
Kişilər:
1. Məmmədli Toğrul
2. Glavatskiy Roman
3. Bəkirov Elçin
Qadınlar:
1. Voronina Kseniya
2. Xəlilova Milanə
3. Belan Marina

Komanda (estafet) kişilər və qadınlar-üzgüçülük 1500 m + velosiped 40 km + qaçış 10 km
1. Məmmədov Cəfər, Mikayılzadə Musa, Süleymanov Cəlal
1. Səfərova Aysel, Yevkina Sveta, Əzizova Lalə

10-13 yaş (2010-2013 cü illər) - üzgüçülük 300 m + velosiped 8 km + qaçış 2 km
Qızlar:
1.Cavadzadə Zəhra 
2.Qasımzadə Xədicə 
3.Bağırova Duyğu 
Oğlanlar:
1.Xudiyev Nihat 
2.Scalabre Antony 
3.Maynitskiy Egor 

14-17 yaş (2009-2006 cı illər) -üzgüçülük 300 m + velosiped 8 km + qaçış 2 km
Qızlar:
1.Şabanova Radha 
2.Abduləzizova Leyla 
3.Musazadə Qumru 
Oğlanlar:
1.Rzazadə Əli 
2.Musayev Tamerlan 
3.Cəfərov Teymur

XQ









İdman