"Qəbələ" "Zirə"yə, "Sumqayıt" "Neftçi"yə qarşı-Premyer Liqa

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha iki oyunu baş tutacaq.

"XQ" Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, günün ilk matçında son IV turda heç bir xal toplaya bilməyən "Qəbələ" klubu lider "Zirə"ni qəbul edəcək.

Onu da əlavə edək ki, əvvəlki bütün görüşlərdə məğlub olan "Qəbələ" turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. İlk dörd turda qələbə qazanan paytaxt klubu "Zirə" isə 12 xalla liderdir. 

Yeri gəlmişkən, oyunu hakim Cavid Vəlilovun idarə edəcək. Ona Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə kömək edəcəklər. Görüşün hakim-inspektoru Asim Xudiyev, AFFA nümayəndəsi Mübariz Hüseynov olacaqlar. 

"Qəbələ"-"Zirə" matçı saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Günün ikinci matçında "Neftçi" "Sumqayıt"ın qonağı olacaq. "Ağ-qaralar"lar 5 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən "Gənclik şəhəri" təmsilçisi 7 xalla üçüncüdür.

Qeyd edək ki, saat 20:30-da start götürəcək "Sumqayıt"-"Neftçi" oyunu "Kapital Bank Arena"da keçiriləcək. Matçı hakim Rauf Allahverdiyev idarə edəcək. Ona Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu kömək edəcəklər.
Oynda hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi: Elçin Məmmədov olacaqlar.

Qeyd edək ki, turun ilk oyununda "Turan Tovuz" səfərdə "Sabah"ı üç cavabsız qolla üstələyib. Tura sentyabrın 3-də “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail”– “Qarabağ” görüşləri ilə yekun vurulacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman