Millimizin sabiq futbolçusu vəfat edib

post-img

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü, karyerası ərzində “İnter”, AZAL, “Kəpəz”, “Zirə”, “Səbail” kimi klubların şərəfini qorumuş Şəhriyar Rəhimov bu gün dünyasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı sabiq müdafiəçinin vaxtsız vəfatı ilə əlaqədar mərhumun yaxınlarına başsağlığı verilib.

Allah rəhmət eləsin!

İdman