Çempionlar Liqası: “Qalatasaray” və "Braqa"dan qələbə, "Makkabi"də heç-heçə

post-img

Dünən UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 3 görüş keçirilib.

"Mynet.com"un məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” da səfər matçına çıxıb. İstanbul nəhəngi Norveçdə yerli “Molde”ni son dəqiqələrdə vurduğu qol sayəsində məğlub edib.

İsrailin Hayfa şəhərinin “Makkabi” klubu isə İsveçrənin “Yanq Boyz” komandası ilə olk matçda sülh bağlayıb.

Portuqaliya təmsilçisi “Braqa” isə doğma meydanda Yunanıstan “Panatinaikos” klubunu minimal fərqlə üstələyib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman