DİN: Xocalı rayonunda təsərrüfat işləri aparılan zaman traktor minaya düşüb

post-img

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman bir traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, partlayış nəticəsində xəsarət alan yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə