Azərbaycan Premyer Liqasında III tura yekun vurulub

post-img

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Turun sonuncu oyunu “Sabah” və “Neftçi” komandaları arasında baş tutub.

Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bundan əvvəlki oyunlarda “Kəpəz” evdə “Turan Tovuz”a (0:2), “Qəbələ” “Sumqayıt”a (1:2), “Səbail” də “Zirə”yə (1:2) uduzub. “Qarabağ” isə “Araz-Naxçıvan” üzərində qələbəyə sevinib.

"Xalq qəzeti"

İdman