Fransız atıcı: “Burada özümüzü çox yaxşı hiss edirik”

post-img

Bürünc medal qazanan Fransa komandasının üzvü Romayn Ofyer isə dünya çempionatının təşkilatçılığından razı qaldığını bildirib:
“Təcrübə göstərir ki, bu cür yarışları təşkil etmək çox çətindir. Amma biz burada olmaqdan məmnunuq. Burada özümüzü çox yaxşı hiss edirik. Bakı və dünya çempionatı ilə bağlı təəssüratlarımız çox gözəldir”.

Romaynın xanım həmkarı Oseann Muller isə iştirak etdikləri növdə Yay Olimpiya Oyunlarına lisenziya olmasa da, nəticənin onlar üçün vacib olduğunu bildirib: “Biz daha əvvəl də həm gənclər, həm də böyüklər arasında keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak etmişik. Olimpiadaya lisenziya verməsə də, qalib gəldiyimiz yarış bizim üçün vacibdir. Çünki, qarşıdan gələn turnirlərə hazırlıq nöqteyi nəzərdən gücümüzü bildik. Biz üzərimizdə heç bir təzyiq hiss etmirik. Daim yüksək pillələrdə olub, medallar qazanmaq istəyirik”.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman