Bir parataekvondoçumuz da qızıl medal qazanıb

post-img

Avropa Paralimpiya çempionatında Azərbaycan komandası daha bir medal qazanıb. 

Parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq, K44) ya­rışın qızıl medalına sahib olub. Bundan əvvəl taekvondoçu­larımız İmaməddin Xəlilov (70 kq, K44) qalib adını qazanıb. Röyalə Fətəliyeva (52 kq, K44) gümüş, Amin Şıxalıyev (63 kq, K44), Sabir Zeynalov (58 kq, K44) bürünc medala layiq görülüblər. 

Cüdoçular isə çempionatı 2 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman