Şahmat Olimpiadasında yeni bir qələbə

post-img

Azərbaycan komandası Niderlandın Eyndhoven şəhərində keçirilən yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında 7-ci turda mübarizə aparıb. 

Heyətində Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinovanın mübarizə apardığı Azərbaycan millisi növbəti oyunda “Kanada 1” ko­mandası ilə üz-üzə gəlib. Qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. 7 turdan sonra 10 xalla Azərbaycan 5-ci sıradadır. 

Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman