Süni intellektlə yaradılan “təbəssümlər”

post-img

“WhatsApp” süni intellektdən istifadə edərək fərdi stikerlər yaradır. Bunun üçün artıq beta versiyada sınaqlara başlanılıb. Xüsusi stikerlər sayəsində tətbiqin daha da əyləncəli olacağı gözlənilir. 

Yaratmaq istədiyiniz stiker haqqın­da mətni dəqiqləşdirməyiniz tələb olu­nur. Bunu “Stikerlər” tabındakı “Yarat” düyməsini sıxmaqla edə bilərsiniz. Bu stikerlərin süni intellekt tərəfindən yara­dıldığına dair xüsusi imzası da olacaq. Beləliklə, istifadəçilər süni intellektlə bir­gə yaratdıqları stikerləri digərindən ayıra biləcəklər. 

Hazırda sınaq mərhələsində olan funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq. Oxşar funksiyanın “Ins­tagram” və “Messenger”ə də gələcəyi gözlənilir. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya