“Qarabağ” “Olimpiya” ilə qarşılaşa bilər

post-img

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib. UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatlar da bunu təsdiq edir.

Belə ki, Azərbaycan təmsilçisi III raundda Finlandiyanın HİK klubunu  mübarizədən kənarlaşdıracağı təqdirdə Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq.

Qeyd edək ki, buna sloveniyalıların UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Türkiyənin "Qalatasaray" klubuna uduzması səbəb olub - 0:3, 0:1.

Yeri gəlmişkən, "köhlən atlar" pley-offa yüksəlsələr, ilk görüşünü səfərdə keçirəcəklər.

Onu da əlavə edək ki, HİK –“Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman