II MDB Oyunları: Komandamız 62 medal qazanıb

post-img

Avqustun 4-dən 14-dək Belarusun 10 şəhərində keçi­rilən MDB ölkələrinin II Oyunları başa çatıb. 23 ölkədən 20 idman növü üzrə 246 mükafat dəsti uğrunda 2 minə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan mil­lisi 16 idman növündə 177 atletlə təmsil olunub. Koman­damız 10-u qızıl, 17-si gümüş, 35-i bürünc olmaqla 62 medal qazanıb. 

Bu nəticə ilə yığmamız 4-cü sırada qərarlaşıb. Oyunlar­da komanda hesabında ən yaxşı nəticəni Rusiya göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü pillədə qərarlaşıb.

L.QURBANOVA, “Xalq qəzeti”

İdman