Düzəndə isti, dağda yağış...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən avqus­tun 15-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Gecə 23-28°, gündüz 35-40° isti olacaq. Abşeronun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, Cənub çimərliklərində: (Türkan, Höv­san, Sahil, Şıx) 28-29° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa­müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşə­cəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27°, gündüz 35-40°, bəzi yerlərdə 41-42°, dağlarda gecə 18-23°, gündüz 28-33° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya