Napoleon zabitinin möhürü

post-img

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun əməkdaşları Moskva vilayətinin Vereya şəhərində aparılan qazıntılar zamanı Napoleon ordusunun zabitinə məxsus artefakt - möhür tapıblar.

Misdən hazırlanmış möhürdə əlində bıçaq tutmuş hərbçi təsvir olunub. Mö­hürün üzərində D, L,v, G latın hərfləri həkk olunub. Arxiv sənədlərinə baxış təsdiq edir ki, möhür 1812-ci il Fran­sa-Rusiya müharibəsinin iştirakçısı, 6-cı Vestfaliya xətt alayının zabiti Lui von Gadenştedin olub. O, 1812 - ci ildə Vereyanı rus ordusunun generalı İvan Doroxovun fransızlardan azad etdiyi zaman əsir alınıb, sonralar sağ-salamat vətəninə qayıdıb. Onun şəxsi möhürü isə 200 ildən çox torpaq altında tarixi dəlil kimi qalıb.

Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun direktor müa­vini Asya Enqovatova deyir ki, arxeoloji qazıntılar zamanı tapılan minlərlə arte­fakt arasında elə gözlənilməz, xüsüsi diqqətə layiq olana rast gəlinir ki, bu ta­pıntı insanlarda o dövrün dolğun mən­zərəsini göz önündə canlandırmağa imkan yaradır.

Z. QURBANƏLİQIZI, “Xalq qəzeti”

Dünya