Mərakeşdə 50,4 dərəcə isti

post-img

Bu günlərdə dünyanın çox yerində insanlar anomal istilərdən əziyyət çəkirlər. Belə ölkələrdən biri də Afrikanın şimalında yerləşən Mərakeşdir. 

Dünən bu ölkədə yeni yüksək tem­peratur rekordu qeydə alınıb. Mərakeşin Baş Meteorologiya İdarəsinin məlumatı­na əsasən, ölkənin cənubundakı Aqadir stansiyasında havanın temperaturu Selsi üzrə 50,4 dərəcəyə çatıb. Qeyri-adi istilə­rin ölkədə törətdiyi fəsadlarla bağlı məlu­mat verilməyib.

Xəbərdə o da bildirilib ki, bu, Mərakeş­də meteoroloji ölçmələr tarixində ən yük­sək göstəricidir.

Ceyran CƏFƏRLİ, “Xalq qəzeti”

Dünya