“İnstagram” yenilikləri

post-img

İstifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün davamlı olaraq yeniliklər edən “İnstagram” tətbiqə bəzi yeniliklər edəcəyini açıqlayıb. Bu yeniliklər istifadəçilərə musiqi, fotoşəkil və videolar vasitəsilə bir-biri ilə daha yaxşı əlaqə saxlamağa imkan verəcək. Bu xüsusiyyətlər hansılardır?

1. Paylaşılan postlara musiqi əlavə etmək mümkün olacaq

Instagram məşhur müğənni və bəstə­kar Olivia Rodrigo ilə əməkdaşlıq edərək istifadəçilərə videolarında bəstəkarın mahnılarından istifadə etməyə imkan ya­radacaq. Qeyd edək ki, bu xüsusiyyət za­manla hamı üçün əlçatan olacaq.

2. Paylaşımlarda istifadəçi sayı 2 nəfərdən 4 istifadiyəçiyədək artacaq

Bildiyiniz kimi, “İnstagram”da 2 nəfər eyni məzmunu paylaşa bilər. Yeni funksi­ya sayəsində artıq 4 nəfər eyni anda bir­likdə paylaşım edə biləcək. 

3. “Add Yours” funksiyası təkmil­ləşdiriləcək

“İnstagram”ın son zamanlar elan et­diyi funksiya “Add Yours” stikerləri olub. Məzmun yaradıcıları bu stikerlərin köməyi ilə paylaşdıqları videoları öz postlarında önə çıxara biləcəklər. Bu yolla digər istifa­dəçilər də bu paylaşımları görə biləcəklər. 

F. SALMANOVA, “Xalq qəzeti”

Dünya