Bir inci saflığı varsa da suda…

post-img

İnsan bədəninin 75 faizini sudan ibarət edən Allah insanı elə yaradıb ki, ona nə vaxt, nə qədər su lazım olduğunu yaxşı bilir. Bədəndə su itkisi baş verən zaman orqanizmdə susuzluq hissi oyanır və beləcə su qəbul edilir.

İnsan susuzluq hissini yatıracaq miqdarda su içməlidir, çünki artıq içilən su belə zəhər ola bilər. Çox miqdarda suyun birnəfəsə içilməsi beyin üçün çox ziyandır, hətta beyin hüceyrələrinin ödeminə səbəb ola bilər, buna görə də həkimlər suyun gün ərzində tez-tez, hər dəfə az miq­darda içilməsini məsləhət görürlər.

“The Dependent” xəbər verir ki, ABŞ-ın İndiana ştatında 35 yaşlı qa­dın 20 dəqiqə ərzində 2 litr su içən­dən sonra huşunu itirib. Həkimlər çox çalışsalar da, onun həyatını xilas edə bilməyiblər.

Hadisədən bir qədər öncə o, ailə­si ilə birgə Amerikanın Friman gölü­nün ətrafında dincələrkən havanın çox isti olmasından gileylənib, çox su içib və içmiş olduğu həddindən artıq su beyin ödeminə və qan dövranının dayanmasına səbəb olub.

Bu xəbəri oxuyarkən təbabət elm­lərini dərindən bilən dahi Nizaminin müdrik kəlamını xatırladım: 

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

 

Q. ZÜLFİYYƏ, “Xalq qəzeti”

Sosial həyat