“Telegram” pulsuz funksiyanı işə salıb

post-img

“Telegram” sosial şəbəkəsi dünəndən öz messencerində he­kayələrin pulsuz paylaşması funk­siyasını mərhələli şəkildə tətbiq etməyə başlayıb.

Bu barədə “Telegram” kanalında messencerin əsasını qoyan Pavel Durov deyib.

Məlum olduğu kimi, “Telegram” yalnız ödənişli “Telegram premium”a abunəsi olanlar üçün iyul ayında pay­laşmaq imkanını işə salıb. Eyni za­manda, digər istifadəçilər abunə sahib­lərinin hekayəsinə baxa və şərh verə bilərlər.

P. Durov bildirib: “Bu gün (dünən -müəllif) bütün istifadəçilər üçün he­kayələrin mərhələli şəkildə tətbiq edil­məsi “Telegram” tarixində bu yeni mər­hələnin başlanğıcını əks etdirir”.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya