2 ayaqla yeriyən robot

post-img

Çinin “Fourier Intelligence” şirkəti iyulun sonunda Şanxayda keçirilən Ümumdünya Süni İntel­lekt Konfransında “GR-1” humano­id robotunu təqdim edib. Bu barədə “Soutern China Morning Post” qə­zeti məlumat yayıb.

Bildirilir ki, şirkət robotun kütləvi istehsalına 2023-cü ilin sonuna qədər başlamağı planlaşdırır. “GR-1” hu­manoid robotu 2 ayaq üzərində 5 km saat sürətlə hərəkət etmək qabiliyyə­tinə malikdir. 2019-cu ildən bəri inkişaf mərhələsində olan robotu tərtibatçılar iki ayaqla yeridə biliblər.

“Fourier” şirkətinin təsisçisi və baş direktoru Aleks Qu bildirib: “Biz onu ilk dəfə ayaq üstə dayandığını və təkbaşı­na yeridiyini görəndə bu, bütün mühən­dislərimiz üçün böyük sevincə səbəb oldu. Bu, yeni doğulmuş körpənin ilk addımlarını görməyə bənzəyirdi”.

Onun sözlərinə görə, robotdan yaş­lılara qulluq və qonaqları qəbul etmək məqsədilə də istifadə etmək mümkün olacaq.

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya