İspaniya millisi Bakıda qalib olub

post-img

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatına yekun vurulub. Yarışın son günündə həlledici oyunlar keçirilib.

Sonuncu gün 7-8-ci yerlər uğrunda oyunda Gürcüstan millisi ilə görüşən Yu­nanıstan həndbolçuları 29:17 hesabı ilə qələbə qazanıblar. Bosniya və Herseqo­vina seçməsi isə 5-6-cı yerlər uğrunda oyunda İsrail millisinə çətinliklə qalib gəlib - 32:31.

Litva - Farer adaları matçında 32:27 hesablı qələbə çalan litvalılar çempionatı 3-cü pillədə başa vurublar.

Yarışın qalibi İspaniya – Sloveniya görüşündə müəyyənləşib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda ispaniyalılar daha inamlı təsir bağışlayıblar. 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman